• Slide
  • Slide
  • Slide
  • Slide

AKI PHARM-a aid faktlar

80-i dövlətə, 32-si AKİ-Pharma məxsus olmaqla ölkədə fəaliyyət göstərən 230 aptekin təchizatçısı

87 dən çox işçi

18 çatdırılma üçün minik və 8 yük maşını

9:00-dan 21:00-dək sifarişləri qəbul edən 12 operator

Gun ərzində 120 sifarişi çatdıra bilən 2500m² sahəli anbar

33 ölkədən 63-dən çox təchizatçılar





  Fəaliyyətlərimiz

  AKI PHARM dünyanın aparıcı şirkətləri tərəfindən istehsal olunan əczaçılıq məhsullarının Azərbaycana idxalı və ölkədaxilində müxtəlif kateqoriyalardan olan alıcılara bu məhsulların paylanması ilə məşğuldur. Şirkət bütün ölkəni əhatə edən çevik və müasir çatdırılma şəbəkəsi vasitəsi ilə bu işin öhdəsindən uğurla gəlir.

  Bütün sifarişlər telefon və ya onlayn şəkildə qəbul olunur və lazımi ünvanlara xüsusi təchiz olunmuş minik və yük vasitələrilə operativ şəkildə çatdırılır. AKİ PHARM-ın müştəriləri arasına 15 dövlət klinikası, 120 özəl klinika və 110 şəxsi apteklər daxildir. Bura həmçinin Mərkəzi Klinik Xəstəxana, Mərkəzi Neftçilər Xəstəxanası, Onkoloji Klinika,  Hərbi Hospital, Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən böyük xəstəxanalar, Müdafiə və Ədliyyə Nazirliyinə həmçinin digər dövlət təşkilatlarına məxsus səhiyyə müəssisələri də aiddir.

  Peşəkar fəaliyyətini bu müasir tələblərə uyğun quran AKİ PHARM sosial məsuliyyətlərini də uğurla həyata keçirir. Yarandığı gündən etibarən şirkət müxtəlif xeyriyyə aksiyaları həyata keçirib. Bu aksiyalara Bakıda və regionlarda təşkil  olunan qanvermə kompaniyaları daxildir. AKİ PHARM Azərbaycanın regionlarında hepatit, hemofiliya, talasemiya, müxtəlif göz xəstəliklərinin pulsuz müayinəsini keçirmiş, vətəndaşların müalicəsi zamanı onlara həm maddi həm mənəvi dəstək olmuşdur. AKİ PHARM elm, təhsil, mədəniyyət sahəsində çalışanların müraciətlərinə və təşəbbüslərinə dəstək olur. Müntəzəm olaraq müxtəlif fəaliyyətlərin keçirilməsinə sponsorluq edir.