• Slide
  • Slide
  • Slide
  • Slide
  AKI-Pharm

  2007-ci ilin aprel ayında esası qoyulmuş AKİ PHARM MMC dünyanın qabaqcıl əczaçılıq şirkətlərinin ən geniş idxalçısıdır. Şirkətin məqsədi səhiyyə müəssisələrini və bütövlükdə Azərbaycan əhalisini yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdir.  Yarandığı gündən etibarən AKİ PHARM dünyanın 40-dan çox ölkəsində yerləşən 35-dən çox şirkətlə biznes əlaqələri qurmağa nail olmuşdur.  Bu gün AKİ PHARM Polifarma, Ayset, Pfizer, Novartis, Roche, Sanofi, Aventis, Merck, Berlin Chemie, GSK kimi dünyanın tanınmış və aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın əhatə dairəsi günbəgün genişlənir. Hal hazırda idxal olunan tibbi ləvazimatların və əczaçılıq məhsullarının sayı 12 mindən çoxdur.

  AKI PHARM biznesin təşkili üzrə müasir Avropa standartlarını Azərbaycan əczaçılıq bazarında əczaçılıq ticarətinin təşkilinə tətbiq edərək yeni tipli satış şəbəkəsi yarada bilmişdir. Ölkə ərazisində AKİ PHARM-da çalışan işçilərin sayı 250 nəfərdən çoxdur. Bu infrastruktura AKİ PHARM-ın Naxçıvan Muxtar Respublikasındakı mərkəzi ofisi, həmçinin Bakı, Gəncə, Sumqayıtda yerləşən 5 regional ofisləri daxildir.Bu struktur tədricən genişlənir və hal hazırda Azərbaycanın digər regionlarında yeni filialların açılması üçün işlər aparılır. AKİ PHARM Azərbaycan cəmiyyətində və biznes sahəsində tanınmış və geniş şirkətlərdən biridir.




Regional ofislər